Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət üzrə Federal Xidməti (Roskomnadzor) Rusiya ərazisində “Facebook”u bloklamaq qərarına gəlib.
YeniAvropa xəbər verir ki, bu barədə qurumun saytında xəbər yayılıb.
“Facebook”u bloklamaqda məqsəd Ukraynada Rusiya işğalçı ordusunun törətdiyi vəhşiliklər, şəhərlərin bombardman edilməsi, eləcə də Rusiya ordusunun verdiyi itkilər barədə məlumatların daha geniş kütləyə çatdırılmasının qarşısını almaqdır.