logo

Türkiyə Rusiya və Ukrayna XİN başçılarını Antalyada görüşdürəcək?

16:30 04-03-2022 | icon 2191
Türkiyə Rusiya və Ukrayna XİN başçılarını Antalyada görüşdürəcək?

Türkiyə vasitəçilik missiyasını öz üzərinə götürərək Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kulebanı Antalya Diplomatik Forumu çərçivəsində bir araya gətirmək istəyir.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu martın 4-də NATO-ya üzv olan ölkələrin xarici işlər nazirlərinin növbədənkənar iclası ilə bağlı Brüsseldə verdiyi açıqlamada bildirib.

Nazir deyib ki, Türkiyə tərəflərin münaqişənin dialoq yolu ilə həlli üçün səylərini davam etdirir.

Qeyd edək ki, martın 11-də başlayacaq Antalya Diplomatik Forumu üç gün davam edəcək