BMT İnsan Haqları Şurasında Rusiyanın Ukraynaya hücumunu araşdırmaq üçün xüsusi komissiya yaradılıb.
YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski özünün "Twitter" hesabında məlumat paylaşıb.
“Mən Beynəlxalq Təhqiqat Komissiyasının yaradılmasını alqışlayıram. Sübutlar sənədləşdiriləcək və beynəlxalq məhkəmələrdə istifadə olunacaq. Rusiya hərbi cinayətkarları məsuliyyətə cəlb olunacaqlar”, - deyə Ukrayna prezidenti paylaşımında qeyd edib.