logo

Rusiyanın Ukraynaya hücumu nəticəsində indiyədək 24 uşaq ölüb

13:53 04-03-2022 | icon 2002
Rusiyanın Ukraynaya hücumu nəticəsində indiyədək 24 uşaq ölüb

Rusiya ordusunun Ukraynaya hücumu nəticəsində 28 uşaq ölüb, 64-ü yaralanıb.

 YeniAvropa "UNİAN"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.

Ukrayna Prezidentinin uşaqların hüquqları və reablitasiyası üzrə səlahiyyətli nümayəndəsi Darya Gerasimçukun sözlərinə görə, işğal nəticəsində onlarla doğum evləri, uşaq bağçaları, məktəblər dağıdılıb : " Yarım milyona yaxın uşaq atəş altında və mühasirə vəziyyətində olan ərazilərdədir. Onların arasında valideyn himayəsindən məhrum olanlar və sosial yardıma ehtiyacı olanlar da var”.

Onun sözlərinə görə, fevralın 24-dən martın 4-dək Rusiya ordusunun hücumu nəticəsində 24 uşaq ölüb, 64-ü yaralanıb.