Rusiya hərbçiləri Jitomirə raket və ya bomba hücumu həyata keçirib.
YeniAvropa xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" şəhərin meri Sergey Suxomlinə istinadən xəbər yaylb.
"İndicə şəhərdəki 25 nömrəli məktəbə raket və ya bomba hücumu edilib. Faktiki olaraq, məktəbin yarısı dağıdılıb", - deyə S.Suxomlin bildirib.
Mer qeyd edib ki, hazırda xilasetmə işləri davam edir, itkilər barədə ətraflı məlumat gün ərzində veriləcək.