logo

NATO xarici işlər nazirlərinin növbədənkənar iclası keçirilib

12:52 04-03-2022 | icon 2625
NATO xarici işlər nazirlərinin növbədənkənar iclası keçirilib

Martın 4-də NATO-ya üzv olan ölkələrin xarici işlər nazirlərinin növbədənkənar iclası keçirilib.

YeniAvropa xəbər verir ki, görüş Belçikanın paytaxtı Brüssel şəhərində Alyansın baş qərargahında baş tutub.

NATO-nun baş katibi Yens Stoltenberq görüşdən öncə açılış nitqində Ukraynada baş verən hadisələrin dayandırılmasının və problemin diplomatik səylərlə həll olunmasının önəmli olduğunu bildirib. O qeyd edib ki, NATO müdafiə Alyansıdır və Rusiya ilə münaqişəyə can atmır.