logo

Rusiyalı oliqarxlara məxsus iki bahalı yaxta müsadirə edilib

11:55 04-03-2022 | icon 2051
Rusiyalı oliqarxlara məxsus iki bahalı yaxta müsadirə edilib

Moskvaya qarşı tətbiq olunan sanksiyalar çərçivəsində rusiyalı oliqarxlara məxsus yaxtalar müsadirə olunub.

YeniAvropa  "Euronews" telekanalına istinadla xəbər verir ki, “Rosneft” dövlət energetika kompaniyasının rəhbəri İqor Seçinin 88 metrlik “Amore Vero” yaxtası Marsel yaxınlığında Fransa gömrükçüləri tərəfindən saxlanılıb. Yanvar ayında Aralıq dənizindəki La-Sota limanına gələn yaxta aprelin 1-nə qədər təmir edilməli idi.

Almaniyada isə biznesmen Əlişir Usmanovun dünyanın ən böyük motorlu qayığına – 156 metr uzunluğu olan “Dilbar” yaxtasına həbs qoyulub. Yaxta 600 milyon dollar həcmində qiymətləndirilir.

Həmçinin rusiyalı oliqarxlara məxsus beş ədəd super yaxta sanksiyaların işləmədiyi Maldiv adalarına və Monteneqroya yola düşüb.

Qeyd edək ki, Avropa İttifaqı, Kanada, ABŞ və dünyanın bir çox ölkəsi Moskvanın Ukraynaya qarşı apardığı müharibə səbəbindən öz hava məkanlarını Rusiya təyyarələri üçün bağlayıb və bu ölkəyə qarşı geniş sanksiyalar tətbiq edib.