logo

Bayden Zelenski ilə Zaporojye AES-dəki vəziyyəti müzakirə etdi

11:11 04-03-2022 | icon 2044
Bayden Zelenski ilə Zaporojye AES-dəki vəziyyəti müzakirə etdi

ABŞ prezidenti Cozef Baydenlə Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

YeniAvropa xəbər verir ki, bu barədə  Ağ Evin mətbuat xidməti məlumat yayıb. Liderlər Zaporojye AES ətrafında vəziyyəti müzakirə ediblər.

“ABŞ prezidenti Zaporojye AES-də baş vermiş yanğınla bağlı son məlumatı almaq üçün bu axşam Ukrayna prezidenti ilə danışıb. Prezidentlər Rusiyanı bölgədə hərbi əməliyyatları dayandırmağa, yanğın və fövqəladə hallar xidmətlərinin əraziyə daxil olmasına icazə verməyə çağırıb”.

Bundan əlavə, Bayden ABŞ enerji nazirinin nüvə təhlükəsizliyi üzrə müavini ilə atom elektrik stansiyasındakı vəziyyəti müzakirə edib: “Prezident vəziyyətlə bağlı müntəzəm məlumatlar almağa davam edəcək”, - deyə Ağ Evin məlumatında bildirilib.