Ukraynanın cənub-şərqində yerləşən Zaporojye şəhərindəki atom elektrik stansiyasına(AES) ötən gecə saat 03-00 radələrində Rusiya qoşunları tərəfindən tankdan mərmi atması nəticəsində stansiyada baş verən yanğın söndürülüb.
YeniAvropa Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, yanğın nəticəsində ölən və xəsarət alan olmayıb.
AES-də reaktorlarda yanacağın sızması hiss edilməyib.
Qeyd edək ki, Zaporojye AES-in istehsal gücü 6000 MVA-dır və ölkənin elektrik istehlakının təqribən 20% -ni ödəyir.
Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın sözlərinə görə, əgər Zaporojye AES-də partlama baş verərdisə, bu 1996-cı ildə Çernobıl AES-də baş verən partlamadan 10 dəfə güclü ola bilərdi və bütün Avropa ölkələri bunun fəsadları ilə üzləşə bilərdi.