logo

Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı rəsmi müraciət edib

20:50 03-03-2022 | icon 2072
Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı rəsmi müraciət edib

Gürcüstan Avropa İttifaqına (Aİ) üzvlüyə namizəd statusu almaq üçün rəsmi müraciət edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili bununla bağlı rəsmi sənəd imzalayıb.

İ.Qaribaşvili qeyd edib ki, rəsmi müraciət Gürcüstanın Avropaya inteqrasiyası yolunda növbəti önəmli addımdır. Bu gün isə Gürcüstan üçün tarixi gündür.

Qeyd edək ki, Gürcüstan Avropa İttifaqına üzv olmaq üçün müraciəti 2024-cü ildə ünvanlamağı planlaşdırırdı. Lakin rəsmi Tbilisi Ukraynada baş verən hadisələr fonunda müraciəti vaxtından tez təqdim etməklə bağlı qərar qəbul edib.