Rusiya və Ukrayna nümayəndə heyətləri Belarusun Brest vilayətində danışıqların ikinci raunduna başlayıblar.
YeniAvropa xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi Belarus XİN-ə istinadla məlumat yayıb.
RF prezidentinin köməkçisi Vladimir Medinskinin sözlərinə görə, Moskva bu görüş üçün üç hissədən ibarət blok formalaşdırıb. Buraya nizamlamanın hərbi-texniki, beynəlxalq-humanitar və siyasi aspektləri daxildir. Ukrayna prezidentinin ofisindən isə bildiriblər ki, danışıqların əsas müzakirə mövzusu “atəşin dərhal dayandırılması və qoşunların çıxarılmasıdır”.
Xatırladaq ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında Belarusun Qomel vilayətində keçirilən danışıqların birinci raundu beş saata yaxın davam edib. Bundan sonra nümayəndə heyətləri məsləhətləşmələr aparmaq üçün öz paytaxtlarına qayıdıblar.