logo

Ukraynada Rusiya generalı öldürüldü

17:30 03-03-2022 | icon 1904
Ukraynada Rusiya generalı öldürüldü

Ötən gün martın 2-də sosial şəbəkələrin Rusiya seqmentində 7-ci desant-həmlə diviziyasının keçmiş komandiri, Mərkəz Hərbi Dairəsinin 41-ci Ümumqoşun Ordusunun komandan müavini, general Andrey Suxovetskinin Ukraynada gedən döyüşlərdə həlak olduğu haqda xəbər yayılıb.

YeniAvropa xəbər verir ki, məlumatı sosial şəbəkədə generalın dostu Sergey Çipilyev paylaşıb. Onun sözlərinə görə, A.Suxovetski martın 2-də öldürülüb, martın 5-də onunla vida mərasimi keçiriləcək.

Vida mərasiminin generalın komandan müavini olduğu hərbi hissənin ərazisində təşkil olunacağı bildirilir.

Şərhlərdə yazılanlara əsasən generalı snayper vurub.

General A.Suxovetski Mərkəz Hərbi Dairəsinin 41-ci Ümumqoşun Ordusunun komandan müavini vəzifəsinə 2021-ci ilin oktyabrında təyin edilib. Onun xidmət yeri Novosibirsk şəhəri olub.