logo

Emmanuel Makron yenidən Fransa prezidenti olmaq istəyir

16:56 03-03-2022 | icon 2114
Emmanuel Makron yenidən Fransa prezidenti olmaq istəyir

Fransada növbəti prezident seçkilərinə iki aydan az vaxt qalır. Qarşıdan gələn seçkilərin ilk turu aprelin 10–da, ikinci turu isə aprelin 24-də keçiriləcək.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, prezident seçkilərinə 3-ü sağçı, 1-i mərkəzçi və 4-ü solçu olmaqla 8 əsas namizəd yüksək vəzifədə olan seçilmiş şəxslərdən 500 sponsorluq səsini toplayıblar.

Prezident seçkiləri ilə bağlı maraqlı məqam “İrəli Respublika” partiyasının namizədi, hazırkı prezident Emmanuel Makronun namizədliyini rəsmən elan etməsini gecikdirməsidir. Onun sabah namizədliyini rəsmən açıqlayacağı gözlənilir.

Bildirilir ki, hazırda Prezident Makron üçün prioritet məsələ Rusiya ilə Ukrayna arasında atəşkəsin əldə edilməsidir.