logo

Ermənistanın yeni prezidenti seçilib

16:32 03-03-2022 | icon 1967
Ermənistanın yeni prezidenti seçilib

Ermənistan parlamenti ölkənin yeni prezidentini seçib.

Ermənistan parlamentində prezident seçkiləri ilə bağlı ikinci səsvermə keçirilib. Hakim “Vətəndaş müqaviləsi” partiyasının namizədi Vahan Xaçatryan Ermənistanın yeni prezidenti seçilib.

 YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu gün ikinci cəhddə parlament beşinci dövlət başçısını seçə bilib. Onun lehinə 71 deputat səs verib.

Qeyd edək ki, bu gün parlamentdə birinci dəfə təşkil olunan səsvermədə prezidentliyə namizəd istənilən səsi qazana bilməmişdi.

Xatırladaq ki, 2018-ci ildən Ermənistan prezidenti seçilən Armen Sarkisyan 2022-ci il yanvarın 23-də istefa verib. O, bu addımını prezidentin həm daxili, həm də xarici siyasətə təsir imkanlarının olmaması ilə izah edib.