Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu martın 4-də Brüsseldə baş tutacaq NATO ölkələrinin Xarici İşlər Nazirliyi (XİN) başçılarının fövqəladə iclasında iştirak edəcək.
YeniAvropa xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iclasda Ukraynada baş verən hadisələrin müzakirə ediləcəyi nəzərdə tutulur.
Mövlud Çavuşoğlu səfər zamanı bəzi həmkarları ilə ikitərəfli görüşlər keçirəcək.