Rusiya ilə Ukrayna arasında danışıqların ikinci raundu Belarusun Brest vilayətində keçiriləcək.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Rusiyanın danışıqlarda iştirak edən nümayəndə heyətinin üzvü Vladimir Medinski məlumat verib.
Onun sözlərinə görə, danışıqlarda Rusiya Ukraynaya humanitar, siyasi və hərbi-texniki sahələrdə təkliflər irəli sürəcək.
Danışıqların Moskva vaxtı ilə saat 15:00-da başlanacağı gözlənilir.