“Mercedes-Benz” şirkəti də Rusiyaya minik avtomobillərinin çatdırılmasını və bu ölkədə istehsalını dayandırmağa qərar verib.
YeniAvropa xəbər verir ki, bu barədə şirkətin "Twitter" səhifəsində məlumat paylaşılıb.
Məlumatda “Mercedes-Benz” şirkətinin bu qərarının Rusiya işğalçı qüvvələrinin Ukraynaya hücumu ilə əlaqələndirilib.
Xatırladaq ki, Almaniyanın “Handelsblatt” qəzeti hələ fevralın 28-də “Mercedes-Benz” konserninə daxil olan yük maşınları istehsalçısı “Daimler Truck” şirkətinin Ukraynada baş verən hadisələrə görə Rusiyanın “Kamaz” şirkəti ilə bütün əməkdaşlığı dayandırması barədə xəbər yaymışdı