Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Avropa İttifaqı Şurasının iclasını çağırıb.
YeniAvropa xəbər verir ki, bu barədə Jozep Borrel özünün "Twitter" hesabında məlumat paylaşıb.
İclasın Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və digər transatlantik tərəfdaşların iştirakı ilə xarici işlər nazirləri səviyyəsində keçirilməsi nəzərdə tutulur.
Martın 4-də keçirilməsi planlaşdırılan toplantıya ABŞ dövlət katibi Entoni Blinken və NATO baş katibi Yens Stoltenberq də dəvət alıblar.