logo

Türkiyədə tibbi maska taxmaq məhdudiyyəti ləğv olundu

21:11 02-03-2022 | icon 1869
Türkiyədə tibbi maska taxmaq məhdudiyyəti ləğv olundu

Türkiyədə tibbi maska taxmaq məhdudiyyəti ləğv olunub.

YeniAvropa xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca deyib.

"Artıq açıq yerlərdə maska taxmaq lazım deyil, HES kod tətbiqi yığışdırılıb, qapalı yerlərdə havalandırma kifayət qədər olarsa, maska taxılmayacaq", - deyə nazir qeyd edib.

Nazir açıqlamasında simptomları olmayanlardan artıq PCR testlərinin tələb olunmayacağını, məktəblərdə müsbət hal baş verdikdə yalnız koronavirusa tutulan şagirdin təcrid olunacağını bildirib.