Rusiya Müdafiə Nazirliyi ölkənin Ukraynadakı itkilərini açıqlayıb.
YeniAvropa xəbər verir ki, Nazirliyin mətbuat katibi İqor Konaşenkov bildirib ki, hərbi əməliyyatlar başlayandan bəri 498 rusiyalı hərbçi həlak olub, daha 1597 nəfər yaralanıb.
Nazirliyin məlumatına görə, Ukrayna tərəfdən 2870 nəfər həlak olub, 3700 nəfər isə yaralanıb.