logo

ÜST Ukraynaya humanitar dəhlizin açılması üçün çağırış edib

19:50 02-03-2022 | icon 1925
ÜST Ukraynaya humanitar dəhlizin açılması üçün çağırış edib

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus ehtiyacı olan sakinlərə yardım göstərilməsi üçün Kiyevdə humanitar dəhlizin təcili açılması ilə bağlı çağırış edib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Tedros Qebreyesus bunu Cenevrədə keçirilən brifinqdə bəyan edib. O bildirib ki, indiki münaqişəyə qədər ÜST Ukraynanın 23 xəstəxanasına tibb materialları göndərib. Lakin Kiyevdə yerləşdirilmiş ehtiyatlar hazırda əlçatan deyil.

Tedros Qebreyesusun sözlərinə görə, ÜST martın 3-də Polşaya 36 ton müxtəlif materiallar göndərəcək. Bu, 1000 pasiyentin yaralarını sağaltmağa və cərrahi əməliyyat aparmağa kömək edər. Çatdırılan yük 150 min insanın ehtiyacını təmin etmək imkanı yaradacaq.

ÜST-nin baş direktoru bildirib ki, təşkilat Fövqəladə Fonddan 5,2 milyon dollar ayırıb. Onun sözlərinə görə, növbəti üç ayda ÜST-yə Ukrayna üçün 45 milyon dollar və qonşu ölkələrdə qaçqınlarım müalicəsinə 12,5 milyon dollar lazım olacaq.