logo

Bayraktar AKINCI B ilk test uçuşunu müvəffəqiyyətlə yerinə yetirib

19:12 02-03-2022 | icon 1967
Bayraktar AKINCI B ilk test uçuşunu müvəffəqiyyətlə yerinə yetirib

Türkiyədə həyata keçirilən “AKINCI” layihəsi çərçivəsində “Baykar” şirkəti tərəfindən tamamilə yerli və milli imkanlarla hazırlanan “Bayraktar AKINCI” TİHA-nın (Taarruzi İnsansız Hava Aracı-pilotsuz zərbə aparatları) B modelinin ilk test uçuşu müvəffəqiyyətlə yerinə yetirilib.

YeniAvropa xəbər verir ki, "Bayraktar AKINCI B" sinfinin ən güclü və döyüş qabiliyyəti ən yüksək döyüş təyyarəsi kimi xidmət edəcək.

Türkiyənin Tekirdağ vilayətinin Çorlu rayonunda yerləşən Tədris və Test Mərkəzində həyata keçirilən sınaq uçuşu zamanı bu TİHA 1 saat 16 dəqiqə havada qalıb.

Bununla bağlı Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar da özünün rəsmi tviter hesabında paylaşım edib.