Avropa İttifaqı Rusiyanın daha yeddi bankını SWIFT sistemindən kənarlaşdırıb.
YeniAvropa xəbər verir ki, bu barədə Avropa İttifaqının rəsmi jurnalında deyilir.
Qeyd olunur ki, VTB, "Rossiya", "Otkrıtiye", "Novikombank", "Promsvyazbank", "Sovkombank" və "Vneşekonombank" bankları artıq bu sistemin xidmətlərindən yararlana bilməyəcək.
Rusiyanın digər bankları barəsində bu cür qərar hələlik verilməyib.
Avropa İttifaqı, həmçinin Rusiya Birbaşa İnvetsiyalar Fondunun maliyyələşdirəcəyi layihələrə investisiya qoymağı, eləcə də Rusiyaya avro əskinaslarının satışını qadağan edib.