logo

Avropa İttifaqı ölkələrində “Sputnik” və “Russia Today”ın fəaliyyəti dayandırılır

17:18 02-03-2022 | icon 2142
Avropa İttifaqı ölkələrində “Sputnik” və “Russia Today”ın fəaliyyəti dayandırılır

“Avropa İttifaqı ölkələrində Rusiyanın nəzarətində olan media qurumlarının fəaliyyəti dayandırılır”.

YeniAvropa xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borel özünün "Twitter" hesabında məlumat paylaşıb.

“Kreml sistemli dezinformasiyadan Ukraynaya müdaxiləsi üçün alət kimi istifadə edir. Odur ki, bu manipulyasiyanın qarşısını almaqdan ötrü biz Avropa İttifaqı dövlətlərində “Sputnik” və “Russia Today”ın fəaliyyətini dayandırırıq”, - deyə o, paylaşımında qeyd edib.