logo

Avropa İttifaqı Rusiyaya avro göndərməyi qadağan etdi

16:56 02-03-2022 | icon 2072
Avropa İttifaqı Rusiyaya avro göndərməyi qadağan etdi

Avropa İttifaqı(Aİ) Rusiyaya avro əskinasları satmağı, tədarük etməyi, keçirməyi və daşımağı, yaxud Rusiya ərazisində istifadə edilməsi üçün fiziki və hüquqi şəxslərə, təşkilatlara və ya dövlət orqanlarına, o cümlədən Rusiya hökumətinə və Mərkəzi Bankına göndərməyi qadağan edib.

YeniAvropa xəbər verir ki, qərara görə məhdudiyyətlər martın 12-dən etibarən qüvvəyə minəcək.

Xatırladaq ki, Qərbin sanksiyaları fevralın 24-də Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı elan etdiyi hərbi əməliyyatlar fonunda tətbiq edilir.