logo

Rusiya işğalı nəticəsində Ukraynada 2 000-dən çox dinc sakin həlak olub

16:32 02-03-2022 | icon 2198
Rusiya işğalı nəticəsində Ukraynada 2 000-dən çox dinc sakin həlak olub

Rusiya hərbi qüvvələrinin Ukraynaya təcavüzü nəticəsində 2 000-dən çox dinc sakin həlak olub.

YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Vəziyyət üzrə Dövlət Xidməti (FVDX) "Facebook" səhifəsində məlumat yerləşdirib.

Bildirilib ki, xilasedicilər 150-dən çox insanın həyatını xilas etməyə, düşmənin atəşi nəticəsində yaranan 400-dən çox yanğının aradan qaldırılmasına, 500-dən çox insanın təxliyə edilməsinə və 416 partlayıcı qurğunun zərərsizləşdirilməsinə nail olub.

Tapşırıqları yerinə yetirərkən 10 xilasedici həlak olub, 13 nəfər yaralanıb. Bundan əlavə, FVDX-nin məlumatına görə, müharibənin yeddi günü ərzində Rusiya yüzlərlə nəqliyyat infrastrukturu obyektini, evləri, xəstəxanaları və uşaq bağçalarını dağıdıb.