logo

Avropa İttifaqı Rusiyaya qarşı dördüncü sanksiya paketi hazırlayır

14:34 02-03-2022 | icon 2093
Avropa İttifaqı Rusiyaya qarşı dördüncü sanksiya paketi hazırlayır

Avropa İttifaqı Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiyaya qarşı dördüncü sanksiya paketinin üzərində işləyir.

YeniAvropa  Rusiya mətbuatına istinadla xəbər verir ki, bunu Avstriyanın xarici işlər naziri Aleksander Şallenberq deyib.

“Biz artıq güclü sanksiyalar tətbiq etmişik. Hazırda dördüncü sanksiya paketi üzərində işləyirik. Martın 4-də Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirlərinin ABŞ-ın dövlət katibi Entoni Blinkenlə xüsusi iclası baş tutacaq”, - deyə Aleksander Şallenberq bildirib.

Onun sözlərinə görə, Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlər artıq effektini göstərir, birjalar bağlanır, rubl sürətlə ucuzlaşır.

Aleksander Şallenberq yeni sanksiyaların iri biznesmenlərə, oliqarxlara təsir edəcəyini və hazırda bu istiqamətdə xüsusi siyahıların hazırlandığını vurğulayıb. Nazir, həmçinin digər sanksiyaların ola biləcəyini desə də, təfərrüatları açıqlamayıb.