Almaniyanın avtomobil istehsal edən "BMW" konserni Rusiyada avtomobillər istehsalının dayandırıldığını elan edib.
YeniAvropa xəbər verir ki, konsernin yaydığı məlumatda qeyd edilir ki, Ukraynada hərbi əməliyyatlarla əlaqədar "BMW" Rusiyanın Kalininqrad şəhərindəki “Avtotor” zavodunda avtomobil istehsalını dayandırır və Rusiya bazarına avtomobillər göndərilməsinə xitam verir.
Xatırladaq ki, son günlərdə Rusiya bazarına avtomobil göndərilməsini dayandıran təkcə "BMW" konserni olmayıb. Bundan əvvəl “Jaguar - Land Rover” (JLR) alyansı, həmçinin “Audi”, “Skoda”, “Volkswagen”, “Bentley”, “Lamborghini” və “Ducati” brendlərinin daxil olduğu “Volkswagen” konserni də Rusiyaya yeni avtomobillər göndərilməsini dayandırıb.