Xarkova hücum dəf edildi: Rusiya ordusu 40-dan çox texnika itirdi
Rusiya işğalçı ordusu ötən gün axşam saatlarından başlayaraq Xarkov şəhərinə havadan və qurudan şiddətli hücumlara başlayıb.
YeniAvropa xəbər verir ki, bu barədə Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov özünün "Facebook" səhifəsində məlumat paylaşıb.
Onun sözlərinə görə, martın 1-də günün ikinci yarısından başlayaraq Rusiyanın işğalçı ordusu Xarkov şəhərini intensiv olaraq artilleriyadan, aviasiyadan və reaktiv yaylım atəşi sistemlərindən atəşə tutub.
“Bütün hücumlar dəf edilib, düşmən ağır itkilər verib, təkcə zirehli texnika itkisi 40-dan çoxdur, mövqelər əldə saxlanılıb”, - deyə O.Sinequbov bildirib.
Vilayət rəhbəri qeyd edib ki, Ukrayna qüvvələri düşmənin diversiya-kəşfiyyat dəstələri ilə döyüşə girib, diversantlar şəhərdən çıxmağa çalışarkən hərbi hospitala hücum ediblər. “Bütün diversiya-kəşfiyyat qrupları məhv edilib. Bir düşmən təyyarəsi vurulub, pilot katapult edib, ancaq yerdə özünü güllələyib”, - deyə o, bildirib.
Rusiya ordusunun hücumu nəticəsində Xarkovda böyük dağıntılar var, dinc əhali arasında çoxsaylı ölənlərin olduğu təxmin edilir.
Ukrayna Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda isə ötən gecə Xarkov şəhəri Rusiya aviasiyası, o cümlədən strateji bombardmançılarla bombalandıqdan sonra şəhərə vertolyotlardan desant endirildiyi, şəhərdə küçə döyüşlərinin başladığı bildirilib.
“Xarkova Rusiya desantı endirilib. İşğalçılar hospitala – Şimal rayonundakı mərkəzi hərbi klinikaya hücum ediblər. Qəsbkarlarla şəhərin müdafiəçiləri arasında döyüş başlayıb”, - məlumatda deyilir. Digər təfərrüatlar hələ məlum deyil.
Günlərdir ağır döyüşlərin getdiyi Xerson şəhərində də Rusiya qoşunları var, hazırda onlar şəhərin çay limanına və dəmiryol vağzalına nəzarət edirlər. Ötən gecə şəhərdə nisbətən sakit keçib, amma ara-sıra atəş səsləri eşidilib. Şəhər meri İqor Kolıxayev bu haqda bildirib.
O, Ukrayna prezidentindən xahiş edib ki, şəhərdən yüzlərlə meyiti toplamaq üçün “yaşıl dəhliz” təşkil etsin. Habelə Xersona ərzaq və dərman çatdırmaq xahiş edilir. Merin sözlərinə görə, həm şəhər sakinləri, həm hərbçilər arasında çoxlu həlak olanlar var. Ruslar məktəblərə, çoxmərtəbəli yaşayış binalarına atəş açır, partlayışlar eşidilir.
Sumı vilayətinin Axtır rayonundakı Trostyansk qəsəbəsinə də üç istiqamətdən Rusiya hərbi kalonları daxil olub və yaşayış məntəqəsini tam ələ keçirib. Şəhərdə infrastruktur dağıdılıb, ruslar evləri gəzir, insanları zirzəmilərdən çıxarır və küçədə oturmağa məcbur edir. Bu barədə Sum vilayət administrasiyasının rəhbəri Dmitri Jivitski bildirib.
Rusiya qoşunları şiddətli bombardmanların hesabına bəzi yaşayış məntəqələrinə daxil ola bilsələr də ağır itkilər verməkdə davam edirlər. Ötən gün Xarkov ətrafında Ukrayna Silahlı Qüvvələrinin mexanikləşdirilmiş batalyonlarından birinin döyüşçüləri Rusiyanın 200-cü motoatıcı briqadasının tərkibindən 6 ən yeni T-80BVM döyüş tankını qənimət kimi ələ keçiriblər. Tanklar cəmi bir BMP-2 və “Javelin” tank əleyhinə raketinin köməyi ilə ələ keçirmək mümkün olub. Bu haqda ukraynalı jurnalist Yuri Butusov özünün Facebook hesabında bildirib və ələ keçirilən tankların fotolarını yayıb.
Sumı vilayətində isə martın 1-də axşam Ukrayna ordusu Rusiya ordusunun daha bir böyük kalonunu darmadağın edib. Vilayət rəhbəri Dmitri Jivitski bildirib ki, Ukrayna döyüşçüləri “Bayraktar TB2” döyüş pilotsuz təyyarəsinin və digər vasitələrin köməyi ilə Romensk rayonunun Pustovoytovka kəndi yaxınlığında Rusiya qoşunlarının cəmləşmə rayonuna zərbələr endiriblər. Nəticədə yarısı “Qrad” qurğularından ibarət olmaqla 80-ə yaxın texnika məhv edilib. Bundan başqa Bişkin kəndi yaxınlığında uzunluğu iki kilometrə çatan Rusiya hərbi kalonuna zərbələr endirilib. 100-ə yaxın tank və BTR-lər sıradan çıxarılıb.
“Sum vilayəti Ukraynanın şimal forpostudur! Sum vilayətinin müdafiəsi bütün ölkənin müdafiəsidir. Biz düşməni sərhəddə dayandırmışıq”, - Jivitski bildirib.
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır