Rəsmi Vaşınqton bütün növ Rusiya təyyarələri üçün öz hava məkanını bağlayır.
YeniAvropa ABŞ KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Birləşmış Ştatların prezidenti Cozef Bayden ötən gün konqresdə çıxışı zamanı deyib.
“Biz müttəfiqlərimizin ardınca Rusiyanı daha çox izolə etmək məqsədilə ABŞ hava məkanını Rusiyanın bütün aviareysləri üçün bağlayırıq və onların iqtisadiyyatına təzyiqi artırırıq”, - deyə Cozef Bayden bildirib.
ABŞ-ın Nəqliyyat Nazirliyinin məlumatına görə, hava məkanından istifadəyə qoyulan qadağa Rusiya ilə bağlı bütün təyyarələrə, o cümlədən çarter reyslərinə şamil edilir.
Qeyd edək ki, bundan öncə Moskvanın Ukraynaya qarşı apardığı müharibə səbəbindən Avropa İttifaqı ölkələri və Kanada öz hava məkanlarını Rusiya təyyarələri üçün bağlayıb. Rusiya da buna cavab olaraq həmin dövlətlərə qarşı analoji addım atdığını elan edib.