logo

Zelenski Baydenlə Rusiyaya qarşı sanksiyaları müzakirə etdi

22:44 01-03-2022 | icon 3003
Zelenski Baydenlə Rusiyaya qarşı sanksiyaları müzakirə etdi

Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ prezidenti Co Bayden arasında telefon danışığı olub.

YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna lideri özünün "Twitter" hesabında məlumat paylaşıb.

Zelenski paylaşımında ABŞ prezidenti Co Baydenlə Rusiyaya qarşı sanksiyaları və müdafiə sahəsində Ukraynaya dəstəyi müzakirə etdiyini bildirib.

"İndicə ABŞ prezidenti ilə danışdıq. Antirusiya sanksiyaları və Ukraynaya müdafiə dəstəyi məsələsində ABŞ rəhbərliyini müzakirə etdik", -deyə Ukrayna prezidenti paylaşımında qeyd edib. 

O, həmçinin göstərdiyi dəstəyə görə ABŞ prezidentinə təşəkkür edib.