logo

Ukraynada Rusiya işğalçı ordusunun daha iki bölüyü məhv edildi

22:12 01-03-2022 | icon 1890
Ukraynada Rusiya işğalçı ordusunun daha iki bölüyü məhv edildi

Ukraynanın 14-cü Knyazovsk briqadasının hərbçiləri sutka ərzində Rusiya qoşunlarının iki bölüyünü məhv edib.

YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna mətbuatı ölkənin Müdafiə Nazirliyinə istinadla məlumat yayıb. Qeyd edilib ki, Ukrayna hərbçiləri həmçinin Rusiya hərbçilərinin olduğu avtobusu da ələ keçiriblər.

Müharibə başlayandan indiyədək Rusiya Silahlı Qüvvələri 4 mindən artıq canlı qüvvə, 29 təyyarə, 29 helikopter, 198 tank, 846 zirehli döyüş maşını, 7 ədəd hava hücumundan müdafiə sistemləri, 3 ədəd İHA, 60 gəmi, 2 ədəd kater itirib.