Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenskinin görüşünün mümkünlüyü barədə danışmaq hələ tezdir.
YeniAvropa xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov "TASS" agentliyinə müsahibəsində bildirib.
Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko sülh danışıqlarında irəliləyiş olacağı təqdirdə Rusiya və Ukrayna prezidentlərinin görüşünün mümkünlüyünü istisna etmədiyini bildirmişdi.
Peskov, Kremlin belə bir imkana razılıq verib-verməməsi ilə bağlı suala cavab olaraq deyib ki, “bu cür nəticələr çıxarmaq hələ tezdir”.