"Ukrayna Rusiya nümayəndə heyəti ilə bir gün əvvəl keçirdiyi görüşün nəticələrini təhlil edir. Kiyev lazım gələrsə, yeni görüşə hazırdır. Lakin Moskva “ultimatumlar elan edərsə” danışıqlar baş tutmayacaq.
YeniAvropa xəbər verir ki, bu fikri Ukraynanın xarici işlər naziri Dmitri Kuleba səsləndirib.
Bir qədər əvvəl Rusiya-Ukrayna danışıqlarının növbəti mərhələsinin martın 2-də keçiriləcəyi barədə xəbərlər yayılıb.
Qeyd edək ki, tərəflər arasında ilk görüş ötən gün Belarusun Ukrayna ilə sərhəd bölgəsi olan Qomel vilayətində keçirilib və 5 saat davam edib.