logo

Avropa Parlamentinin deputatları Zelenskini ayaqüstə alqışladılar

17:57 01-03-2022 | icon 1799
Avropa Parlamentinin deputatları Zelenskini ayaqüstə alqışladılar

Bu gün Ukrayna prezidenti Volodimir Zelenski Avropa Parlamentində videokonfrans formatında çıxış edib.

YeniAvropa xəbər verir ki, V.Zelenski çıxışı zamanı Avropa İttifaqını Ukraynanı quruma qəbul etməyə çağırıb: “Belə bir ifadə var – Avropanın Ukrayna seçimi. Bu gün sizdən bizə “Avropa tərəfindən Ukraynanın seçilməsi” ifadəsinin səslənməsini eşitmək istərdim. Hər meydan Azadlıq Meydanı olacaq. Bizi heç kim sındıra bilməz. Arzumuz övladlarımızın yaşamasıdır. Məncə, doğrusu budur, çünki dünən 16 uşaq dünyasını dəyişib. Yenə Putin deyəcək ki, bu, bir növ əməliyyatdır. Uşaqlarımız harada işləyir ki? Hansı tankları sürürlər? 

Əziz insanlar, bizim çox motivasiyalı xalqımız var, biz öz hüquqlarımız, azadlığımız, həyat üçün, indi isə sağ qalmaq üçün mübarizə aparırıq. Biz Avropanın bərabərhüquqlu üzvləri olmaq üçün mübarizə aparırıq. Bizimlə Aİ daha güclü olacaq. Gücümüzü sübut edəcəyik. Bizimlə olduğunuzu sübut edin, avropalı olduğunuzu sübut edin, onda həyat ölümə, işıq da qaranlığa qalib gələcək. 

Nitqinə “Yaşasın Ukrayna!” sözləri ilə son verən V.Zelenskinin çıxışından sonra deputatlar ayağa qalxaraq onu alqışlamağa başlayıb.