Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların ikinci raundu martın 2-də keçirilə bilər.
YeniAvropa xəbər verir ki, bu barədə “Zerkalo nedeli” Ukraynadakı diplomatik mənbələrə istinadla məlumat yayıb.
Qeyd edək ki, Ukrayna və RF nümayəndə heyətlərinin danışıqları ötən gün Belarusla sərhəddə keçirilib. Görüşdə Ukraynanı “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamiya, müdafiə naziri Oleksi Reznikov, prezident ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak, Rusiyanı isə prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Andrey Rudenko, müdafiə nazirinin müavini Aleksandr Fomin və başqaları təmsil ediblər.
Volodimir Zelenskinin ofisindən bildiriblər ki, danışıqların əsas mövzusu atəşin dərhal dayandırılması və qoşunların Ukrayna ərazisindən çıxarılmasıdır. Görüşün yekunları barədə danışan Zelenski isə deyib ki, hələlik Ukraynaya lazım olan nəticə yoxdur..