“Mastercard”ın ardınca “Visa” da bir neçə Rusiya bankının ödəniş sisteminə çıxışını bloklayıb”.
YeniAvropa xəbər verir ki, bu barədə Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fyodorov "Teleqram" kanalında məlumat paylaşıb.
“Bu o deməkdir ki, sözügedən bankların kartları yalnız Rusiya daxilində işləyəcək. Ölkə xaricində və xarici onlayn-mağazalarda onlardan istifadə etmək mümkün olmayacaq”, - deyə o, bildirib.
Xatırladaq ki, daha əvvəl “Mastercard” da analoji addımı atıb.