logo

Ukraynaya hücum edən Rusiya əsgərləri iylənmiş yemək yeyirlər

12:10 01-03-2022 | icon 1890
Ukraynaya hücum edən Rusiya əsgərləri iylənmiş yemək yeyirlər

“Rusiya öz hərbçilərini 2015-ci ildə vaxtı bitmiş quru yeməklə təmin edib Ukraynaya qarşı döyüşə göndərib”.

YeniAvropa xəbər verir ki, bu barədə məhv etdikləri rus əsgərlərinin yeməklərini əldə edən Ukrayna hərbçiləri məlumat verib və bu faktı videoya çəkərək rus əsgərlərinin analarına müraciət ediblər.

Ukraynalı hərbçi videoda "Voentorg. Fərdi yemək payı" yazısı olan qutuları göstərir və qablaşdırılan məhsulların yararlılıq müddətinin hələ 2015-ci ildə başa çatdığı haqda qutunun üzərindəki yazını da aydın göstərir. Qutulara “tuşonka”, kofe, gilas ekstraktı, kolbasa qiyməsi yerləşdirilib.  O, həmçinin vurğulayıb ki, bu yeməkləri biz küçədəki it və pişiklərə belə vermirik. Ukrayna hərbçiləri rus əsgərlərinin analarına müraciət edərək, oğullarının bu yeməklərdən və ölümdən qurtarıb evlərinə aparmağa çağırıb.

VİDEO

https://korrespondent.net/world/4452778-rossyiskykh-voennykh-kormiat-tukhliatynoi