Xarkov şəhərinin mərkəzi raket atəşinə tutulduğu zaman atılan raketlərdən biri Azərbaycan konsulluğunun yaxınlığına düşüb.
YeniAvropa xəbər verir ki, bu barədə konsulluqdan bildirilib.
Qeyd edilib ki, Azərbaycanın fəxri konsulluğunun binası xəsarət almayıb. Hal-hazırda konsulluq fəaliyyətini ştat rejimində davam etdirir və yaxın saatlarda azərbaycanlıların növbəti qrupunu şəhərdən evakuasiya edəcək.