logo

Nazarbayevin “Nur Otan”ı “Amanat” oldu

10:30 01-03-2022 | icon 1652
Nazarbayevin “Nur Otan”ı “Amanat” oldu

Qazaxıstanın hakim “Nur Otan” partiyasının adı dəyişdirilib.

YeniAvropa  “RİA Novosti”yə istinadən xəbər verir ki, partiyanın yeni adı “Amanat” olub.

Qeyd edək ki, Qazaxıstan parlamentinin aşağı palatasının spikeri Yerlan Koşanov qurultayda partiyanın adının dəyişdirilməsini təklif edib. Partiyanın başqanı, dövlət başçısı Kasım-Jomart Tokayev bu təşəbbüsü dəstəkləyib.

Xatırladaq ki, Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev 2006-cı ildən 2021-ci ilin noyabrınadək  hakim “Nur Otan” (“Vətənin işığı”) partiyasının sədri  olub. Ötən ilin noyabrında Nursultan Nazarbayev "Nur Otan" Partiyasının sədrivəzifəsindən istefa verərək,  səlahiyyətlərini ölkənin hazırkı prezidenti Kasım-Jomart Tokayevə təhvil verib.

Bu ilin yanvarında Qazaxıstanda baş verən hadisələrdən sonra, yanvarın 28-də hakim “Nur Otan” partiyasının onlayn formatda növbədənkənar qurultayı keçirilib və Kasım-Jomart Tokayev hakim partiyasın yeni sədri seçilib.