logo

Bu gün Ukrayna Ordusu Rusiyanın 100-ə yaxın texnikasını məhv edib

22:44 28-02-2022 | icon 3332
Bu gün Ukrayna Ordusu Rusiyanın 100-ə yaxın texnikasını məhv edib

Ukraynanın Sumı bölgəsində bu gün Rusiya ordusunun 100 ədədə yaxın hərbi texnikası bir dəfəyə məhv edilib.

YeniAvropa xəbər verir ki, bu barədə ə Sumı Regional Hərbi Administrasiyasının rəhbəri Dmitri Jivitski öz "Teleqram" kanalında məlumat yayıb.

Onun sözlərinə görə, bu, Lebedinski rayonunda baş verib.

Ukrayna Silahlı Qüvvələrinə məxsus “Bayraktar” pilotsuz uçan aparatından hazırlanmış videoda düşmən maşınlarının dayanacağına vurulan zərbə əks olunub.