Türkiyə Montrö Konvensiyasından istifadə edəcək-Ərdoğan
“Rusiya ilə Ukrayna arasında sülh və sabitliyin təmin edilməsi üçün çoxşaxəli diplomatik təşəbbüslərimizi davam etdirmişik və davam etdirəcəyik. Biz Rusiyanın Ukrayna torpaqlarına hücumunu qəbuledilməz hesab edirik, Ukrayna administrasiyası və xalqının mübarizəsini yüksək qiymətləndiririk”.
YeniAvropa xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, rəsmi Ankara Montrö Konvensiyasının Türkiyəyə verdiyi səlahiyyətdən böhranın böyüməsinin qarşısını almaq üçün istifadə etmək barədə qərar qəbul edib: “Bu günə kimi 5 min vətəndaşımız Ukraynanı tərk edərək ölkəmizə və digər ölkələrə köçüb. Tələblərə uyğun olaraq evakuasiya prosesini davam etdirəcəyik. Türkiyə başda BMT, NATO və Aİ olmaqla, iştirak etdiyi qurumlar və ittifaqlar çərçivəsində üzərinə düşən vəzifələri ciddi şəkildə yerinə yetirib”.
Xatırladaq ki, Montrö Konvensiyası 1936-cı il iyulun 20-də imzalanmış və həmin il noyabrın 9-da qüvvəyə minib.
Konvensiya Türkiyənin Bosfor və Dardanel boğazları üzərində suverenliyini möhkəmləndirib. Qara dəniz dövlətlərinin Türkiyə hakimiyyət orqanlarını əvvəlcədən xəbərdar etmək şərti ilə sülh dövründə istənilən sinifdən olan hərbi gəmiləri boğazlardan keçə bilər. Bu regiondan olmayan dövlətlərin dəniz güclərinin döyüş gəmiləri üçün sinif və tonaj üzrə əhəmiyyətli məhdudiyyətlər tətbiq edilib.
Bununla belə, konvensiyanın mətnində müharibə vaxtı ilə bağlı bəndlər var. Türkiyə münaqişə tərəfi olub-olmamasından asılı olaraq, boğazlardan keçidi tənzimləmək üçün əlavə səlahiyyətlərə malikdir. Bəzi hallarda Ankara bunun regionda təhlükəsizliyi pozacağını və ya özünə təhlükə yaradacağını hesab edərsə, hər hansı ölkəyə boğazlardan istifadəni qadağan edə bilər
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır