logo

Putin Makrona Ukrayna ilə bağlı şərtlərini açıqlayıb

20:40 28-02-2022 | icon 3164
Putin Makrona Ukrayna ilə bağlı şərtlərini açıqlayıb

Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı Ukrayna ilə münaqişənin nizamlanması şərtlərini açıqlayıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, V.Putin Ukrayna ilə münaqişənin yalnız təhlükəsizlik sahəsində Rusiyanın maraqlarının nəzərə alınması, Rusiyanın Krım üzərində suverenliyinin tanınması, Ukrayna dövlətinin silahsızlaşdırılması və nasizmdən təmizlənməsi, Ukraynanın neytral statusunun təmin olunması şərti ilə nizama salınmasının mümkünlüyünü vurğulayıb.

V.Putin qeyd edib ki, Rusiya tərəfi Ukrayna nümayəndələri ilə danışıqlara açıqdır və danışıqların yekun nəticəyə gətirib çıxaracağına ümid edir.