logo

Rusiya Kiyevə "İsgəndər" atdı

20:20 28-02-2022 | icon 2051
Rusiya Kiyevə "İsgəndər" atdı

Pripyatda danışıqların ardınca Rusiya ordusu “İsgəndər” raketi ilə Kiyevə zərbə endirib.

YeniAvropa Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, bu barədə daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat verib.

"Putin rejiminin daha bir cinayəti. Kiyevə "İsgəndər" ballistik raketi ilə zərbə. Zərbənin yeri və qurbanların sayı müəyyənləşdirilir", - deyə o, sosial şəbəkə hesabında yazıb.