logo

Avropa İttifaqı hava məkanını bağladı-Lavrov İsveçrəyə gedə bilmədi

16:13 28-02-2022 | icon 3045
Avropa İttifaqı hava məkanını bağladı-Lavrov İsveçrəyə gedə bilmədi

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İsveçrəyə səfəri ləğv olunub.

YeniAvropa xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi diplomatik mənbəyə istinadən məlumat yayıb. 

Sergey Lavrov İsveçrənin Cenevrə şəhərində BMT-nin İnsan Haqları Şurasının iclasında iştirak etməli idi.

Avropa İttifaqının Rusiya aviaşirkətləri üçün hava məkanını bağlaması səbəbi ilə səfəri gerçəkləşdirmək mümkünsüz olub.