2017-ci ilin yanvar-noyabr aylarında hava nəqliyyatı ilə 2 milyon 183 min sərnişin daşınıb. Bu ötən ilin müvafiq dövrünə nisbətən 18,9 faiz çoxdur. Dövlət Statistika Komitəsindən YeniAvropa-ya verilən məlumatda qeyd olunur ki, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 7,3 faiz artaraq 153 min tona çatıb.