logo

Zelenski Avropa İttifaqına üzvlük üçün müraciət etdi

12:52 28-02-2022 | icon 1869
Zelenski Avropa İttifaqına üzvlük üçün müraciət etdi

Ukrayna prezidenti Volodimir Zelenski Avropa İttifaqından yeni xüsusi prosedura əsasən dərhal üzv olmağı xahiş edib.

 YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna lideri  videomüraciətində məlumat verib.

“Biz Avropa İttifaqına Ukraynanın yeni xüsusi prosedur əsasında dərhal qoşulması ilə bağlı müraciət edirik”, - deyə Volodimir Zelenski vurğulayıb.

Dövlət başçısı eyd edib ki, onları dəstəklədiklərinə görə, Ukrayna tərəfdaşlarına minnətdardır: “Amma məqsədimiz bütün avropalılarla birgə olmaq və ən əsası bərabər səviyyədə olmaqdır”.

Volodimir Zelenski bunun ədalətli olduğuna əmindir: “Əminəm ki, biz buna layiqik və bütün bunlar mümkündür”.