logo

Yunanıstan da Rusiya təyyarələrinə öz hava məkanını bağladı

12:34 28-02-2022 | icon 1974
Yunanıstan da Rusiya təyyarələrinə öz hava məkanını bağladı

Yunanıstan 3 ay müddətinə bütün Rusiya təyyarələri üçün öz hava məkanından istifadəni qadağan edib.

 YeniAvropa xəbər verir ki, bu barədə Mülki Aviasiya Administrasiyasının yaydığı məlumatda bildirilir.

Xəbərdə qeyd olunur ki, Rusiya aviadaşıyıcılarının Yunanıstanın milli hava məkanından istifadəsini qadağan edən aviasiya direktivi Avropa İttifaqının öz hava məkanını Rusiya Federasiyasına bağlamaq qərarından sonra tətbiq edilib.

Həmçinin bildirilib ki, Rusiya aviaşirkətlərinə və ya Rusiyanın nəzarətində olan aviaşirkətlərə məxsus təyyarələrin, o cümlədən şəxsi təyyarələrin Yunanıstana enməsi, Yunanıstandan qalxması, hava məkanına daxil olması və oradan keçməsi qadağandır.

Aviasiya direktivinə humanitar maraq daşıyan uçuşlar, tibbi uçuşlar və Yunanıstan hökumətinin icazəsi ilə axtarış-xilasetmə uçuşları, eləcə də bütün fövqəladə uçuşlar istisna olunur.

Qadağa fevralın 28-də qüvvəyə minib və üç ay müddətində qüvvədə olacaq.