logo

Avropa İttifaqı Ukraynanı quruma üzv qəbul edir

09:30 28-02-2022 | icon 2114
Avropa İttifaqı Ukraynanı quruma üzv qəbul edir

Ukrayna Avropa İttifaqına(Aİ) üzv qəbul edilməlidir.

YeniAvropa xəbər verir ki, bunu “Euronews” telekanalına müsahibəsində Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.

Müxbirin Avropanın hər yerində on minlərlə insanın küçələrə çıxaraq Ukraynanın Aİ-yə qəbul olunmasını tələb edərək ona dəstək ifadə etməsinə təşkiların buna necə reaksiya verməsi ilə bağlı sualına Ursula fon der Leyen belə deyib:

"Ukrayna bizim tam həmrəyliyimizi istəyir və bunu görəcək. Ukrayna artıq bəzi proseslərə daxildir, məsələn, Ukrayna bazarının vahid bazara inteqrasiyası. Biz digər sahələrdə, məsələn, enerji və digər sahələrdə sıx əməkdaşlıq edirik. Zamanla Ukrayna da bizə qoşulacaq, bu ölkə bizim ailəmizin bir hissəsidir, bizdən biridir və biz onu Avropa Birliyində görmək istəyirik”.