Pakistan və Ukraynanın xarici işlər nazirləri arasında telefon danışığı olub.
YeniAvropa xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri Şah Mahmud Qureyşi özünün "Twitter" hesabında məlumat paylaşıb.
O, qeyd edib ki, ukraynalı həmkarı Dmitro Kulebaya Pakistanın ciddi narahatlığını bildirərək, gərginliyin azaldılması və diplomatiyanın zəruriliyini vurğulayıb.
“Ukrayna hakimiyyətinin Pakistan icmasının, tələbələrinin evakuasiyasındakı rolunu yüksək qiymətləndiririk, davamlı və sürətli yardıma ümid edirik", - Şah Mahmud Qureyşi vurğulayıb.